ÜMUMİ QAYDALAR

Qeydiyyat ödənişlidir?

Xeyr, saytımızda qeydiyyatdan keçmək tamamilə ödənişsizdir. Telefon nömrəni daxil edərək SMS OTP kodu ilə təsdiqləməklə cəmi 10 saniyəyə qeydiyyatdan keçə bilərsən.

Tenderlərdən fərqiniz nədir?

Biz real vaxt rejimində şəffaf və açıq hərrac platformasıyıq. Tenderlərdən fərqli olaraq, burada hər bir iştirakçı verilən qiymət təkliflərini canlı görür və hərrac müddəti bitənədək öz təklifini yeniləyə bilir.

İştirak etmək üçün depozit lazımdır?

Bəzi hərraclarımızda iştirak üçün təminat depoziti tələb oluna bilər. Bu barədə hər bir texnikanın xüsusi hərrac şərtlərində əvvəlcədən məlumat qeyd olunur.

Qalib gəldiyimi necə biləcəm?

Hərrac bitdikdə qalib seçilsən, sənə dərhal təbrik SMS-i göndəriləcək və eyni zamanda admin tərəfindən rəsmi e-mail bildirişi göndəriləcək. Sövdələşməni tamamlamaq üçün menecerimiz səninlə dərhal əlaqə saxlayacaq.

Texniki problem yaranarsa kimə müraciət etməliyəm?

Hər hansı texniki çətinlik və ya sualın yaranarsa, saytımızın əlaqə bölməsində göstərilən nömrələrlə (həmçinin WhatsApp vasitəsilə) və ya info@etaks.az e-poçt ünvanı ilə əlaqə saxlaya bilərsən.

PROSES VƏ ƏMƏLİYYATLAR

Hərracın bitməsinə neçə dəqiqə qaldığını haradan görə bilərəm?

Hər bir aktiv məhsulun səhifəsində canlı geri sayım vaxtölçəni mövcuddur. Həmin vaxtölçən vasitəsilə hərracın bitməsinə qalan gün, saat, dəqiqə və saniyəni real vaxt rejimində görə bilərsən.

Qiyməti səhv yazsam, geri qaytara bilərəm?

Xeyr, verilən qiymət təklifləri rəsmi və geri götürülməz sayılır. Ona görə də təklifini daxil edərkən qiymətin doğruluğuna diqqət yetirmək olduqca vacibdir.

"İndi al" (Buy Now) funksiyası var?

Bəli, bəzi hərraclarımızda "İndi al" funksiyası mövcuddur. Əgər texnikanı hərracın bitməsini gözləmədən dərhal almaq istəyirsənsə, təyin olunmuş "İndi al" qiymətini ödəyərək alış-verişi tamamlaya bilərsən.

Eyni anda bir neçə hərracda iştirak edə bilərəm?

Giriş səhifəsindəki "Şifrəni unutmusan?" keçidinə klikləyərək qeydiyyatdan keçdiyin telefon nömrəsini daxil et. Telefonuna gələn SMS OTP kodunu daxil etməklə yeni şifrəni asanlıqla təyin edə bilərsən.

Şifrəmi və ya giriş məlumatlarımı unutmuşam, nə edim?

Giriş səhifəsindəki "Şifrəni unutmusunuz?" keçidinə klikləyərək qeydiyyatdan keçdiyiniz telefon nömrənizi daxil edin. Telefonunuza gələn SMS OTP kodunu daxil etməklə yeni şifrənizi asanlıqla təyin edə bilərsiniz.